Fəlakətə az qaldı  - Bəşəriyyətin qaranlıq gələcəyi barədə XƏBƏRDARLIQ
24 oktyabr 2025 19:07 (UTC +04:00)

Fəlakətə az qaldı - Bəşəriyyətin qaranlıq gələcəyi barədə XƏBƏRDARLIQ

0

Keçmiş Google direktoru Mo Qavdat xəbərdarlıq edir ki, əgər vaxtında tədbirlər görülməzsə, 2027-ci ildən etibarən dünya nəzarət, ədalətsizlik və sosial təlatümlərlə müşayiət olunan qlobal antiutopiya dövrünə qədəm qoya bilər.

Lent.az xarici mediaya istinadla xəbərinə görə, Qavdat bildirib ki, növbəti 12–15 il ərzində bəşəriyyət ağır bir böhranla üz-üzə qala bilər. Onun fikrincə, təhlükənin əsas mənbəyi süni intellektin özündən çox, onun cinayətkar məqsədlərlə və şəxsi mənafe naminə istifadəsi olacaq.

Ekspertin sözlərinə görə, 2027-ci ildən sonra ədalətsizlik və sosial bölünmə daha da dərinləşəcək, total nəzarət və izləmə geniş yayılacaq, mənəvi dəyərlər zəifləyəcək və iqtisadi və sosial sarsıntılar güclənəcək.

Qavdat qeyd edir ki, süni intellekt mövcud riskləri sürətləndirir. Yanlış əllərə düşdükdə o, manipulyasiya, şantaj və istismarın güclü alətinə çevrilir. Bununla yanaşı, o, gələcəkdə daha “utopik” mərhələyə keçidin də mümkün olduğunu deyir. Onun fikrincə, cəmiyyət əvvəlcə sərt sınaqlardan keçməli, azadlıq, hakimiyyət və məsuliyyət anlayışlarına yenidən baxmalı, texnologiyalarla əlaqədə yeni qaydalar formalaşdırmalıdır.

Əmək bazarı da dəyişəcək

Mo Qavdatın fikrincə, İT inkişafı yalnız aşağı kvalifikasiyalı işləri deyil, yüksək səviyyəli idarəedici vəzifələri də əvəz edə bilər. Bu isə insanın cəmiyyətdəki rolunun yenidən düşünülməsini və ənənəvi məşğulluq modelinin tam dəyişməsini zəruri edir.

Ekspertlər süni intellektin inkişafının etik normalar və beynəlxalq razılaşmalarla tənzimlənməsini də vacib hesab edirlər. Əks halda, İT texnologiyalarının bərabərsizliyi artıracağı, nəzarəti gücləndirəcəyi və sosial ziddiyyətləri daha da dərinləşdirəcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar