Sumqayıtda parkda meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə 2-ci mikrorayonun ərazisində yerləşən parkda qeydə alınıb.
Şəhər sakini 51 yaşlı Vüqar Şövkət oğlu Yunusovun meyiti park ərazisində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.