«Titanik»-in skripkası 1,5 milyona satılıb
20 oktyabr 2013 01:16 (UTC +04:00)

«Titanik»-in skripkası 1,5 milyona satılıb

1912-ci ildə batan «Titanik» gəmisindən aşkarlanan skripka hərraca çıxarılıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu musiqi aləti 900 min funt sterlinqə, təxminən 1,456 milyon dollara satılıb.

 

Bu batan gəmidən tapılan əşya üçün verilən rekord qiymətdir. Alıcını Adı açıqlanmayıb.

 

Hərraca «Henry Aldridge & Son» evi tərəfindən təşkil edilib. Bu bazarlamada başlanğıc qiymət 300 funt olub. Skripkaya not vərəqi və onun qabı da əlavə edilib. Onlar «Titanik»dəki orkestrin rəhbəri, skripkanın yiyəsi Uolles Hartli tərəfindən saxlanılıb.

 

Məlum olduğu kimi gəmi batarkən orkestr ifasını davam etdirib. Hartli  və orkestrin başqa üzvləri həmin faciədə həlak olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Oxşar yazılar