Dekabrın 24-də Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsinin açılışı olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, ilk olaraq kiçik səhnədə S.Bekketin “Sözsüz” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.
Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, səhnə və musiqi tərtibatçısı Müşfiq Əliyev, işıq rəssamı Vadim Kuskovdur. Tamaşada əməkdar artisti Şövqi Hüseynov oynayacaq.
Absurd teatr elementləri üslubunda hazırlanan tamaşanın son məşqləri başa çatmaq üzrədir.
Qeyd edək ki, teatrsevərlər bundan sonra hər həftə mono və kiçik həcmli tamaşaları seyr etmək imkanı əldə edəcəklər.