Oktyabrın 23-də Heydər Əliyev sarayında “Şən və hazırcavablar klubu”nun Azərbaycan prezidenti kuboku uğrunda beynəlxalq turniri keçiriləcək. Lent. az-ın Gün. az-a istinadən verdiyi məlumata görə turnirin aparıcısı “Amik” Televiziya yaradıcılıq birliyinin və Şən və Hazırcavablar Klubları Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakov olacaq.
Xatırladaq ki, Aleksandr Maslyakov bu gün saat 15:25 radələrində Heydər Əliyev Hava Limanında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, ölkəmizdə beynəlxalq turniri Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti təşkil edib.