“Qızıl Pəri” mükafatı təsis edildi
13 iyul 2015 16:02 (UTC +04:00)

“Qızıl Pəri” mükafatı təsis edildi

Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar və Prodüserlər gildiyasının təşəbbüsü və dəstəyi ilə, audiovizual sahənin (kino və tv) inkişafına kömək, milli mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları – müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirmək məqsədilə “Qızıl Pəri” mükafatını təsis edib. Lent.az-ın Kino.org.az-a istinadən məlumatına görə, “Qızıl Pəri mükafatının ən yaxşı bədii, sənədli və cizgi filmləri, telefilm (serial, müəllif verilişi), rejissor, prodüser, orjinal ssenari, aktyor, aktrisa, operator, rəssam, bəstəkar, debüt, həmçinin milli kinonun və televiziyanın inkişafına verdiyi töhfələrinə görə nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulub.

 

“Qızıl Pəri” mükafatının qaliblərini milli kinomuzun və televiziyamızın ən peşəkar və qabaqcıl nümayəndələrindən ibarət münsiflər heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirəcək.

 

Nominasiyalara təqdim olunan audiovizual əsərlərin rejissorlarının və peşə nominasiyalarına təqdim olunan namizədlərin Azərbaycan vətəndaşı olması mütləqdir.

 

Mükafatın ilk müsabiqəsi cari ildə, 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilir. Mükafatlara namizədlərin ərizə formalarının və əsərlərinin qəbulu bu ilin oktyabrın 1-dək olacaq. Ətraflı məlumat və ərizə forması ilə www.audiovisual.az saytında tanış olmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar