Yazıçı Zaur Akifoğlunun “Qanqal” romanı işıq üzü görüb.
Lent.az-ın verdiyi məlumata görə, “Qanun” nəşriyyatında dərc edilən romanın baş qəhrəmanı kiçik qardaşının qətlə yetirilməsinə görə cinayətkar qruplaşmalarla mübarizəyə başlayır.
Kitabda köhnə Bakı həyatı, əxlaq və koloriti, sakinlərin xarakteri real əksini tapıb.
Romanın qəhrəmanları dünyanın müxtəlif ölkələrindən olan, öz vicdan kodeksləri və dəyər ölçüləri olan insanlardır. Bu insanları birləşdirən ümumi heç nə yoxdur...