“Nadir şah”ın premyerası olacaq
18 dekabr 2014 14:56 (UTC +04:00)

“Nadir şah”ın premyerası olacaq

Dekabrın 24-də Azərbaycan Akademik Milli Dram Teatrında “Nadir şah” tamaşasının premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Nadir şah" romanı əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissor Gümrah Ömərdir.

 

Tamaşada baş rolu - Nadir şahı  əməkdar artist Məmməd Səfa (Məmmədsəfa Qasımov) və xalq artisti Ramiz Novruz ifa edəcək.

 

Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar