Gürcüstanın “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasının “Maşa və Ayının Şərqdə yeni il sərgüzəştləri” adlı yeni bölümü ilə Azərbaycan tamaşaçılarının görüşünə gələcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrdan Lent. az-a verilən məlumata görə, tamaşalar yeni il bayramı ərəfəsində reallaşacaq. Balacalar “Maşa və Ayı” cizgi filmi və Şərq nağıllarının motivləri əsasında hazırlanan tamaşalara dekabrın 27-dən yanvarın 4-ə qədər baxa biləcəklər.
200 manatdan yuxarı məbləğdə bilet alan qruplara xüsusi sürpriz təqdim ediləcək. “Maşa və Ayı” cizgi filminin qəhrəmanları, həmçinin şən klounlar onların evinə, uşaq bağçasına, yaxud məktəbə qonaq gələcək. Biletlər şəhərin bütün kassalarında 6 manatdan başlayan qiymətlərlə satılır.
Qeyd edək ki, “Multi-Pulti dünyası” teatrı “Maşa və Ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir.