Müğənni Əli Mirəliyev “Kimlər gəldi, kimlər getdi” mahnısının müəllifi ilə bağlı sensasison açıqlama verib. Lent.az-ın məlumatına görə, Space TV-nin “Söz sözü gətirər” verilişində çıxışı zamanı müğənni bildirib ki, adıçəkilən mahnının müəllifi Soltan Hacıbəyli deyil. “Bu mahnının müəllifi bəstəkar Andrey Babayevdir. Amma bu gün həmin bəstəkar unudulub”.
Ə. Mirəliyev bildirib ki, bununla bağlı hətta bir dəfə xalq artisti Mirzə Babayevlə mübahisəsi düşüb: “Dedim ki, Mirzə, elə bilmə hamı ölüb gedib, hər şey yaddan çıxıb. Əli Mirəliyev sağdır, bilir bu mahnının müəllifi kimdir.”