“Kələğayısı gülgəz, libası əlvan”
22 noyabr 2015 08:47 (UTC +04:00)

“Kələğayısı gülgəz, libası əlvan”

Noyabr ayının 24-də saat 15:00 tarixində Azərbaycan Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçiriləcək.

 

Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərdə qeyd edilir ki, tarixən Azərbaycanda xam ipəkdən müxtəlif növ ipək parçalar (siqlatun, xitayi, atlaz, tafta, zərbaf, çarşab, qanovuz və s.) toxunub. İpək kəlağayılar isə qəlib vasitəsilə naxışlanıb bəzədilirdi. Basma-qəlib üsulu ilə naxışlanan və “təvakeş” adlanan  bu sənət nümunəsi ilə  peşəkar qəlibkar ustalar məşğul olurdular. 

 

Bir ildir ki, milli irsimiz olan baş örtüsü - kəlağayımız dünya mədəniyyətinə aiddir. 

 

Azərbaycanda erkən orta əsrlərdə ənənəvi ipək emalı mərkəzləri formalaşmış, Basqal, Gəncə, Şəki və Şirvan şəhərlərində ipək parçaların hazırlanması geniş yayılıb. Bir tarixi faktı da demək yerinə düşər ki, 1862- ci ildə Londonda keçirilən ümumdünya sərgisində ilk dəfə olaraq Azərbaycan da təmsil olunub. Həmin sərgidə nümayiş etdirilən Basqallı sənətkar Nəsir Abduləziz oğlunun  hazırladığı nəfis kəlağayı və zərif qanovuz parça gümüş medal və diplomla mükafatlandırılmışdı.

 

 Tədbir çərçivəsində muzeyin Uşaq şöbəsi face-art  proqramında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstəriləcək. Bundan başqa sevimli müğənnilərimizin və musiqiçilərimizin ifasında konsert proqramı da təqdim olunacaq.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07