“İstiqlal” ordenli memarın yubileyi keçiriləcək
17 iyul 2014 12:51 (UTC +04:00)

“İstiqlal” ordenli memarın yubileyi keçiriləcək

0

Sabah Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın əməkdar memarı, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş yubiley mərasimi keçiriləcək. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Tədbirdə memarın müxtəlif illərində ərsəyə gətirdiyi memarlıq və rəsm əsərlərinin sərgisi keçiriləcək, onun haqqında çəkilmiş "Memar" filmindən fraqmentlər nümayiş etdiriləcək. 

Tədbirdə dövlət və hökumət nümayəndələrinin, ölkəmizin ictimai və siyasi xadimlərinin iştirakı nəzərdə tutulub. 


Qeyd etmək istəyirik ki, prezidentin dünən imzaladığı sərəncamla Rasim Həsən oğlu Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 799

Oxşar yazılar