Hüseyn Cavidin “İblis” pyesi növbəti mövsümdə İstanbul şəhər Bələdiyyə Teatrında səhnəyə qoyulacaq. Hüseyn Cavidin Ev Muzeyindən Lent.az-a verilən məlumata görə, pyesin Türkiyədə səhnəyə qoyulmasında məqsəd Hüseyn Cavidin yaradıcılığını beynəlxalq aləmdə tanıtmaqdır.
“İblis” pyesinin İstanbul şəhər Bələdiyyə Teatrında səhnələşdirilməsində teatrın aktrisası və rejissoru, azərbaycanlı aktrisa Məlahət Abbasovanın böyük rolu var. Bu teatrda H. Cavidin yaradıcılığına ilk dəfədir müraciət olunur.
Qeyd edək ki, bu yaxınlarda Hüseyn Cavidin külliyyatı türk dilinə tərcümə olunaraq nəşr edilib və kitabın təqdimatı şairin təhsil aldığı İstanbul Universitetində keçirilib.