“Gənclərin Ümumrespublika Teatr Festivalı istedadlı gəncləri üzə çıxardı”
04 noyabr 2014 17:08 (UTC +04:00)

“Gənclərin Ümumrespublika Teatr Festivalı istedadlı gəncləri üzə çıxardı”

“Son illər respublikamızda gənclərlə bağlı müxtəlif tədbirlər keçirilir. Və bu tədbirlərin hamısı çox sevindiricidir. Çünki yaradıcı gənclər qarşısında yeni imkanlar açılır. Onlar öz potensialını göstərmək üçün bir fürsət əldə edirlər. Bu tədbirlərdən biri də Gənclərin III Ümumrespublika Teatrı Festivalıdır”.

 

Bunu Lent.az-a Azərbaycan Dövlət Akademik Teatrının nəzdində yaradılmış “Axın” Teatr Studiyasının bədii rəhbəri, əməkdar artist Vidadi Həsənov deyib. O bildirib ki, ötən festivalı diqqətlə izləyib.

 

“Gənclərin II Ümumrespublika Teatr Festivalı bir çox istedadlı gəncləri üzə çıxardı. Onlardan əksəriyyəti hazırda respublikamızın müxtəlif teatrlarında fəaliyyət göstərir. Bu cür tədbirlərin keçirilməsi gələcəkdə də yeni-yeni istedadların üzə çıxmasına yardım olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar