ABŞ-ın məşhur “Forbes” iqtisadi jurnalında Azərbaycan haqqında məqalə-reportaj dərc olunub. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, məqalənin müəllifi iş adamı, səhmlər üzrə nüfuzlu mütəxəssis və birja investisiyaları üzrə menecer, "Wall Street Journal", "New York Post", "Bloomberg", "Reuters" üçün mütəmadi məqalələr yazan və "CNBC", "CNN", "Fox News Channel" kanallarına müsahibə və iqtisadi proqnozlar verən Hillari Kreymerdir.
H. Kleymer məqaləsində Azərbaycanın neft və qaz sənayesinin inkişafından, Londonun rəmzi hesab olunan bənövşəyi taksilərə artıq Bakı küçələrində də tez-tez rast gəlindiyindən, ölkəmizin qədim tarixi, zəngin mətbəxi və qədim xalçaçılıq sənətindən, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğamımızdan yazıb.