“Əriyən ada” Batumidə
11 sentyabr 2013 13:37 (UTC +04:00)

“Əriyən ada” Batumidə

Rejissor Fariz Əhmədovun “Əriyən ada” sənədli filmi “Batumi İnternational Art House Film Festival” (BIAFF-2013) kinofestivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, festival sentyabrın 15-dən 22-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək.

 

Festivalın qısametrajlı filmlər müsabiqəsi bölməsinə təqdim edilən “Əriyən ada” nazirliyin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azanfilm” studiyası tərəfindən istehsal olunub. Ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı isə Rauf Əliyevdir.


Ekran əsərində hadisələr Neftçala rayonunun Kürdili kəndində cərəyan edir. Orada zaman dayanıb, qaz əvəzinə odundan, elektrik əvəzinə şamdan istifadə edirlər. İstədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün buranı tərk edib gedə bilərlər, lakin onlar buranı sevirlər.  

 

Qeyd edək ki, F. Əhmədovun filmləri indiyədək müxtəlif beynəlxalq film festivallarında Azərbaycanı uğurla təmsil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar