Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İohann Ştrausun “Düyməcik” baletinin tamaşası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, uşaqlar üçün nəzərdə tutulan tamaşanın quruluşunu Rusiyanın xalq artisti, xoreoqraf Liliya Sabitova verib. Quruluşçu-rəssam isə Rusiyanın tanınmış teatr rəssamı Dmitri Çerbacıdır. Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.
Tamaşada balet truppasının artistləri ilə yanaşı Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri də çıxış edəcəklər.