Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi ilə əlaqədar tədbirlər planını hazırlanacaq. Lent.az-ın “AzərTac”a istinadən məlumatına görə, bu haqda prezidentin sərəncamında deyilib.
Sərəncama əsasən, tədbirlər Mədəniyyət və Turizm Nazirliyi və Kinematoqrafçılar İttifaqının təklifləri əsasında təşkil ediləcək.
Qeyd edək ki, 2013-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 90 ili tamam olur. Ötən müddət ərzində “Azərbaycanfilm” kinostudiyası zəngin inkişaf yolu keçib.Xalqımızın qədim tarixi ənənələrə malik mədəni-mənəvi irsinin qorunub saxlanmasında, peşəkar milli kadrların hazırlanmasında kinostudiyanın fəaliyyəti təqdirə layiqdir.