“AzDrama"da “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası nümayiş olundu
28 oktyabr 2016 23:22 (UTC +04:00)

“AzDrama"da “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası nümayiş olundu

Akademik Milli Dram Teatrında “Müsyo İbrahim və Quran çiçəyi” tamaşası nümayiş olunub.

 

APA-nın məlumatına görə, Erik Emmanuel Şmitdin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramı Azərbaycan dilinə Yaşar Əliyev tərcümə edib.

 

Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

 

Səhnə əsərində xalq artisti Fuad Poladov (Müsyö İbrahim), aktyor Murad İsmayılov (Moisey), əməkdar artistlər Sabir Məmmədov (Ata), Şəlalə Şahvələdqızı (Bricit Bardo), Mehriban Zəki (Ana), aktyorlar Fidan Cəfərova (Qız), Rüstəm Rüstəmov (İnspektor), Adil Dəmirov (Polis), Vüsal Mustafayev (Avtomobil satıcısı), Leyla Elnurqızı və Kərim Kərimov (Moiseyin uşaqları) çıxış ediblər.

 

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

 

Qeyd edək ki, fransız yazıçısı və dramaturqu Erik Emmanuel Şmidtin 2001-ci ildə yazdığı əsər dünyanın 20-dən artıq teatrında tamaşaya qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

Oxşar yazılar