“Axınla üzü aşağı" bədii filminin təqdimatı keçiriləcək
10 dekabr 2014 20:43 (UTC +04:00)

“Axınla üzü aşağı" bədii filminin təqdimatı keçiriləcək

0

Dekabrın 19-da Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Axınla üzü aşağı" bədii filminin təqdimat mərasimi keçiriləcək.

 

Kinostudiyadan APA-ya verilən məlumata görə, təqdimat mərasimində kinostudiyanın direktoru ilin yekunlarına dair hesabatla çıxış edəcək.

 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüseri Nadir Əliyevdir.

 

Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar