Bakıda Rus Dram Teatrının səhnəsində “Angels” müasir opera-simfonik şousunda ilk dəfə əfsanəvi “ABBA” qrupunun ən yaxşı mahnıları ifa olunacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, oktyabrın 1-2-də göstəriləcək şounun baş ideoloqu xoreoqraf və rejissor Səbinə Çvetkovadır.
Konsertdə məşhur İsveç kvartetinin “The Winner Takes It All”, “Gimme!”, “Happy New Year” kompozisiyaları səslənəcək. “ABBA-əfsanəvi musiqi” adlı layihənin aranjemançısı məşhur dirijor Vyaçeslav Serzhanovdur. Konsertin vokallarını ifa edəcək “Angels” qrupuna beynəlxalq festivallar və müsabiqələrin qalib və qızıl mükafatçıları, gənc mütəxəssislər daxildir.
http://www.youtube.com/watch?v=lrTM95DJygk