“Paxita” baleti Azərbaycan  səhnəsində
12 fevral 2013 16:19 (UTC +04:00)

“Paxita” baleti Azərbaycan səhnəsində

Fevralın 24-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Lüdviq Minkusun  “Paxita” baletinin premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Opera və Balet Teatrında Marius Petipanın xoreoqrafiyası əsasında baletin quruluşçu baletmeysteri xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu  rəssamı Azərbaycanın əməkdar rəssamı Tahir Tahirov, musiqi rəhbəri və dirijoru xalq artisti professor Cavanşir Cəfərovdur.

Tamaşada əsas rollarda  əməkdar artistləri Rimma İsgəndərova, Gülağası Mirzəyev, Yelena Skomoroşenko, eyni zamanda truppanın gənc solistləri Nigar İbrahimova və Makar Ferştandt çıxış edəcəklər.

Rəqqasə qız Paxita və qraf Lyüsenin oğlunun təsirli məhəbbət tarixçəsi tamaşaçıları qəhrəmanlarla birlikdə kədərlənməyə, sevilməyə və həyəcanlanmağa vadar edir. Sevgililərin təntənəli toy mərasimi ilə başa çatan sərgüzəştləri klassik balet sənətinin böyük ustadı Marius Petipanın xoreoqrafiyasında gəncliyin, gözəlliyin və rəqsin möhtəşəm bayramına çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974

Oxşar yazılar