“Youthvision 2018” III Beynəlxalq Mahnı müsabiqəsinin qalibi Uqanda oldu
26 may 2018 14:17 (UTC +04:00)

 “Youthvision 2018” III Beynəlxalq Mahnı müsabiqəsinin qalibi Uqanda oldu

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Qızıl Qala production ilə birgə Bakı şəhərində “Elektra Events Hall”-da “Həmişə gənc” şüarı altında “Youthvision 2018” Beynəlxalq mahnı müsabiqəsi keçirilib.

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsinin əsas məqsədi yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqədə 14-35 yaş arası gənclər iştirak edib.
 

Tədbirin açılışından öncə Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş videoçarx göstərilib.
 

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu müsabiqədə həm Azərbaycanın, həm də ölkəmizə qonaq gələn müxtəlif ölkələrin gəncləri öz istedadlarını nümayiş etdirirlər. Layihə çərçivəsində çoxlu sayda yaradıcı gənc milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq gözəl dostluq ailəsi formalaşdırır. Ölkəmizdə Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə dünya ölkələrindən gənclərin respublikamıza gəlməsi və beynəlxalq tədbirdə iştirak etmələri sevindirici haldır. Bu, eyni zamanda, ölkəmizin qədim dövlətçilik tarixinin onlara təbliği baxımından da yaxşı imkanlar açır.
 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən danışıb, belə tədbirlərin dünya gənclərini bir araya gətirdiyini, onlar arasında əlaqələrin qurulmasında mühüm rol oynadığını deyib.
 

20 may tarixindən start götürən müsabiqədə 23 müxtəlif dövlətdən - Azərbaycan, ABŞ, Latviya, Xorvatiya, Ruminiya, Pakistan, Moldova, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Almaniya, Tacikistan, Qazaxıstan, Uqanda, Ukrayna, Belarus, Macarıstan, Qırğızıstan, Litva, Serbiya, İtaliya, İran, Rusiya və İsrail dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edib. Xorvatiya, ABŞ, Latviya, Litva, Pakistan, Ruminiya, Türkiyə və Uqanda “Youthvision” mahnı müsabiqəsində ilk dəfədir iştirak edir.
Sonra çıxışlar olub, səsvermə yolu ilə qaliblər seçilib. Birinci yeri 154 xal ilə Uqanda, ikinci yeri 144 xal ilə Moldova, üçüncü yeri isə 100 xal ilə Belarus və Serbiya təmsilçiləri tutublar. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub. Azərbaycan isə 56 xal ilə 9-cu yerdə qərarlaşıb.
 

Müsabiqə çərçivəsində qaraciyər serrozundan əziyyət çəkən Beyləqan rayon sakini Tural Hacıyevin müalicəsinə vəsait toplamaq məqsədilə xeyriyyə aksiyası da keçirilib.
 

Xatırladaq ki, ötən il keçirilən “Youthvision 2017” Beynəlxalq Mahnı müsabiqəsinin qalibi Gürcüstan (109 xal), 2-ci yer Qırğızıstan (100 xal), 3-cü yer isə Moldova (97 xal) təmsilçiləri tutublar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38