"3-4 mahnı ifa edib, fəxri ad alırlar..."
27 iyul 2013 17:33 (UTC +04:00)

"3-4 mahnı ifa edib, fəxri ad alırlar..."

 

 

Xalq artisti Yalçın Rzazadə bəzi müğənnilərin sayəsində fəxri adların əhəmiyyətinin qalmadığını deyib.

 

Lent.az-a açıqlama verən müğənni onunla eyni fəxri adı daşıyan sənətçilərin əksəriyyətinin səsinin olmadığını deyib: “Əməkdar artist, xalq artisti olmağım üçün çox əziyyətlər çəkmişəm. Ad alana qədər dünyanın bir çox ölkələrinə səfərlər etmişəm, yaradıcı bəstəkarlarla iş birliyi qurmuşam. Daha nələri sayım? Amma indi çox təəssüflənirəm ki, 3-4 mahnı ifa edib, fəxri ad alırlar. Özü də hansı ki, canlı ifasına baxmışam, səs deyilən bir şey yoxdur. Mənim kimi sənətkarlara vaxtında qiymət vermirlər. Öləndən sonra deyəcəklər ki, heyf, filankəs yaxşı oxuyurdu, gözəl sənətkar idi. Onda da gec olacaq ”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044
avatar

Yalçın UĞUR

Oxşar yazılar