YUĞ teatrı yeni mövsümə başlayır
20 sentyabr 2015 16:42 (UTC +04:00)

YUĞ teatrı yeni mövsümə başlayır

Bu gün Azərbaycan Dövlət YUĞ teatrı 26-cı mövsümünü açacaq. Teatrdan Lent.az-a bildirilib ki, yeni mövsüm “Sonuncu” tamaşasının premyerası ilə başlayacaq.

 

Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı xalq artisti Ramiz Həsənoğludur.

 

Tamaşada əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış edir.

 

Tamaşa aktyor Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar