İnsanlara ən çox hücum edən it cinsləri
28 iyul 2026 13:32 (UTC +04:00)

İnsanlara ən çox hücum edən it cinsləri

0

Heç bir it cinsi aqressiv doğulmur. Lakin bəzi cinslər tərbiyəyə daha çətin tabe olur və ya tarixən ov və mühafizə məqsədilə yetişdirildiyi üçün düzgün sosiallaşdırılmadıqda daha təhlükəli ola bilər.

Lent.az bu it cinslərini təqdim edir:

Hacker Murphy şirkətinin mütəxəssisləri ABŞ-də qeydə alınmış heyvan hücumları, polis hesabatları və məhkəmə işlərini təhlil edərək insanların ən çox hansı it cinslərinin hücumuna məruz qaldığını araşdırıblar.

Qeyd olunur ki, siyahı polis hesabatlarında və məhkəmə işlərində adı ən çox hallanan it cinslərinə əsaslanır. Buna görə də populyar cinslərin statistikada daha çox görünməsi təbiidir. Bununla belə, araşdırma göstərir ki, məsuliyyətsiz sahiblərin əlində bəzi cinslər daha böyük risk yarada bilər.

1. Pitbull

Pitbull tipli itlər uzun illərdir bu cür siyahılara başçılıq edir. Müxtəlif araşdırmalara görə, ABŞ-də ölümcül it hücumlarının böyük hissəsi məhz bu cinsin payına düşür.

Mütəxəssislər bildirirlər ki, bunun səbəbi yalnız güclü çənələri və əzələli quruluşu deyil. Bu itlər bəzən düzgün tərbiyə olunmur və hətta qəsdən aqressiv davranışa öyrədilir. Halbuki düzgün təlim keçmiş pitbullar sahibinə son dərəcə sadiq və mehriban ola bilir.

Какие собаки чаще всего нападают

2. Rotveyler

Rotveylerlər ən güclü xidməti it cinslərindən biri hesab olunur. Onlarda güclü mühafizə instinkti var və çəkiləri 45 kiloqramdan artıq ola bilər. Buna görə də dişləmələri ciddi xəsarətlərə səbəb ola bilər.

Münaqişələrin çoxu itin kifayət qədər sosiallaşdırılmaması və ya yad insanı sahibinə təhlükə kimi qəbul etməsi ilə əlaqələndirilir.

Какая порода собак может напасть на хозяина

3. Alman çoban iti

Alman çoban itləri yüksək intellektləri və qoruma instinktlərinə görə polis və hərbi xidmətlərdə geniş istifadə olunur. Lakin düzgün təlim almadıqda və vəziyyəti yanlış qiymətləndirdikdə dişləmə halları baş verə bilər. Peşəkar şəkildə böyüdülən alman çoban itləri isə ən idarəolunan cinslərdən sayılır.

Какая порода собак может напасть на хозяина

4. Çau-çau

Çau-çau müstəqil xarakteri və yad insanlara qarşı ehtiyatlı davranışı ilə seçilir. Tarixən gözətçi iti kimi istifadə edildiyi üçün ərazisini qorumağa meyillidir və yad insanların həddindən artıq diqqətini xoşlamır.

Какая порода собак может напасть на хозяина

5. Cek Rassel teryeri

Kiçik ölçüsünə baxmayaraq, Cek Rassel teryerləri çox cəsur və enerjili ov itləridir. Onlar daha çox oyuncaqlarını və yeməyini qoruyarkən, yaxud uşaqlarla həddindən artıq aktiv oyun zamanı dişləyə bilirlər.

Какая собака на первом месте по злости

6. Koker-spaniel

Koker-spaniellər ailə iti kimi tanınsalar da, müxtəlif araşdırmalarda dişləmə riski olan cinslər sırasında göstəriliblər. Bu davranışın əsas səbəbləri qorxu, yemək qabını və oyuncaqları qoruma instinkti, həmçinin bəzi qan xətlərində rast gəlinən xarakter xüsusiyyətləridir.

самые агрессивные породы собак

7. Kolli

Kollilər nadir hallarda əsl aqressiya nümayiş etdirirlər. Lakin onların çobanlıq instinkti qaçan insanları ayaqlarından tutmağa çalışmasına səbəb ola bilər. Bu isə adətən kifayət qədər tərbiyə və fiziki aktivlik olmadıqda baş verir.

ən aqressiv it cinsləri

8. Senbernar

Sakit təbiəti ilə tanınan senbernarların çəkisi 80 kiloqramdan çox ola bilər. Bu səbəbdən nadir hallarda baş versə də, dişləmə ciddi xəsarətlə nəticələnə bilər. Adətən bu itlər yalnız ağrı hiss etdikdə, qorxduqda və ya ailəsini müdafiə etdikdə hücum edirlər.

Ən vəhşi 10 it

9. Labrador retriver

Labrador retriverlər əsasən çox populyar olduqları üçün statistikada tez-tez görünürlər. Onların dişləmə hallarının əksəriyyəti həddindən artıq oynaq davranış, yeməyi qoruma instinkti və ya yaşlı itlərdə ağrı ilə əlaqədar olur. Mütəxəssislər vurğulayırlar ki, təhlükəli olan it cinsi deyil, onun necə saxlanılması və tərbiyə edilməsidir. Erkən sosiallaşma, düzgün təlim və sahibin məsuliyyətli davranışı istənilən cins üçün əsas amillərdir. Bu səbəbdən tanımadığınız itə sahibinin icazəsi olmadan yaxınlaşmaq və ya onu sığallamaq tövsiyə edilmir. Həmçinin itin narahatlıq və aqressiya əlamətlərinə diqqət yetirmək vacibdir.

Ən vəhşi 10 it

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 249

Oxşar yazılar