“Qanun Nəşrlər Evi”nin naşiri Şahbaz Xuduoğlu Frankfurtda keçirilən kitab yarmarkasında Paulo Koelyo ilə görüşüb. Lent.az-ın məlumatına görə, dünya şöhrətli yazarla görüşən naşir bu barədə öz facebook hesabında paylaşıb.
“Bu il Frankfurt Kitab Yarmarkasının fəxri qonağı Paulo Koelyo idi. Azərbaycandan olan naşirinizəm”, - dedim, o da “Azərbaycandan, hə, nə yaxşı”, - dedi. 160 milyon kitabı satılan bir müəllifin naşiri olaraq istədim şəkillərimizi oxucularımız üçün paylaşım”.