Azərbaycanın 70 yaşlı əməkdar artisti, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov xəstəxanaya yerləşdirilib. Lent.az-ın əməkdaşı V. Şərifovu xəstəxanada ziyarət edib. V. Şərifov hazırda vəziyyətinin stabil olduğunu deyib: “Kəskin ağrıyla Gəncə şəhər Kardiologiya Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirildim. Ürəyimin exokardioqramı çıxarıldıqdan sonra məlum oldu ki, problem mədəaltı vəzimdədi. Oradan məni 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə göndərdilər. Bir gün orda qalandan sonra palataya çıxarıblar”.
Bir neçə günə evə buraxılacağını deyən əməkdar artist göstərdiyi diqqət və qayğıya görə Gəncə Şəhər İcra hakimiyyətinə təşəkkürünü bildirib.