5 yaşlı Nuray Rəhmanın "Əsgər" mahnısı Azərbaycanda sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Lent.az baku.ws-a istinadən məlumat verir ki, 5 yaşlı Nuray ATV kanalında yayımlanan "Xeyrə qarşı" verilişində çıxış edib. O, verilişdə Şəmistan Əlizamanlının "Əsgər" mahnısını ifa edib. Nurayın ifası qısa müddətdə izləyənlərin diqqətini çəkib. ATV-nin feysbuk səhifəsində bu videoya 55 minə yaxın adamın baxdığı və 4 mindən çox istifadəçinin paylaşdığı məlum olur.
İnternet istifadəçiləri Nurayın azyaşlı olmağına baxmayaraq mahnını ürəklə ifa etməsinə, əl hərəkətlərinə heyran olduqlarını bildiriblər.