Dekabrın 19-da Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tamaşa nümayiş etdiriləcək. Lent.az-ın məlumatına görə, teatrda yazıçı-dramaturq Tamara Vəliyevanın 20 yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası olacaq.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.