Türkiyənin Abant İzzət Baysal Universitetində IV Beynəlxalq Bolu Xalq Mədəniyyəti və Koroğlu Simpoziumu keçirilib. Lent. az-ın məlumatına görə, tədbirdə türk dünyasının müxtəlif ölkələrinin rəsmiləri, millət vəkilləri, ziyalıları, alimləri və sənət adamları iştirak edib.
Çıxışçılar 2015-ci ilin Koroğlu ili elan olunmasından söhbət açıblar. Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva bütün Türk dünyasında Koroğluya sahiblənmənin önəmindən danışıb.
Simpozium bələdiyyə başçısı Ələddin Yılmazın çıxışıyla bitib.
Qeyd edək ki, artıq dördüncü dəfədir təşkil olunan Beynəlxalq simpozium ilk dəfə 1987-ci ildə keçirilib.