Tom Kruzun danışdıqları hamını heyrətə gətirdi
27 dekabr 2022 10:08 (UTC +04:00)

Tom Kruzun danışdıqları hamını heyrətə gətirdi

Filmləri üçün ən çox qonorar alan aktyorlardan biri olan Hollivud ulduzu Tom Kruz adətən çəkildiyi filmlərdə təhlükəli tryukları özü həyata keçirir, kaskadyorların xidmətindən istifadə etmir. 

Tom Kruz yeni çəkilən döyüş filmi “İmkansız missiya: Ölümün ödənişi” filminin çəkilişləri üçün yerinə yetirməli olduğu ən təhlükəli manevr barədə danışıb.

Lent.az-ın məlumatına görə, o, bu barədə “New York Post”-a danışıb

“Film çkilişləri üçün təyyarədən tullanan ulduzun bu görüntüləri sosial şəbəkələrdə yayıldıqdan bir neçə gün sonra  Kruz əslində bunun çəkildiyi ən qorxulu kadr olmadığını söyləyib.

O qeyd edib ki, çəkiliş zamanı motosikletlə yüksək sürətlə ətəyi uçurum olan yüksək qayalıqların kənarı ilə hərəkət edib və bu anlar çox təhlükəliymiş.

60 yaşlı Hollivud ulduzu bildirib ki, Norveçdə çəkiləcək növbəti səhnələrdə o motosikletlə qayadan tullanmalı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar