“Çukur” serialında hər kəsin “maço” kişi, Timsah Celil obrazıyla tanıdığı aktyor Ahmet Melih Yılmaz bir müddət öncə trans olduğunu açıqlamış, estetik əməliyyatlarla özünü qadına çevirtdirmişdi.
Lent.az-ın məlumatına görə, qadın olduqdan sonra adını Meli Bendeli kimi dəyişdirən aktyor bu günlərdə yeni bir əməliyyat etdirərək, gözəl qadın sinəsinə sahib olub.
“Sinə əməliyyatı etdirdim, artıq gözəl döşlərim var. Yeni halımdan çox məmnunam”, - deyən Meli Bendeli sosial mediada dekolteli şəkillərini paylaşıb.