"Teatrları veriblər  direktorların əlinə,   onlar da..." - Aqil Abbas
06 dekabr 2022 12:19 (UTC +04:00)

"Teatrları veriblər direktorların əlinə, onlar da..." - Aqil Abbas

“Son zamanlar teatrlardan müraciətlər çoxdur. Yaşlı aktyorları məcburi qaydada təqaüdə göndərirlər”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, sənətkarın yaşı olmur: “Şairə demək olar ki, 85 yaşdan sonra şeir yazma? Sənətkar yaradıcı adamdır. Aktyor da eləcə. Xüsusilə Gənc Tamaşaçılar Teatrı və başqalarından söhbət gedir. Mədəniyyət Nazirliyi bu işə əncam çəkməlidir. Teatr direktorları özlərini ağa kimi aparırlar. Tariyel Qasımov Azərbaycanın ən böyük aktyorlarından biridir, onu istefaya göndəriblər. Eləcə də başqalarını. Seyid Şuşinski, Xan Şuşinski neçə yaşına kimi oxuyub, o halda onlara deyərdik ki, oxuma?! Teatrları veriblər direktorların əlinə, onlar da istədiyi kimi davranır. Mədəniyyət Nazirliyi bu məsələyə diqqəti artırsın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Oxşar yazılar