Tarixin ən böyük  kitabı - 1112 cildlikdir, oxumağa neçə il lazımdır?
11 noyabr 2024 14:34 (UTC +04:00)

Tarixin ən böyük kitabı - 1112 cildlikdir, oxumağa neçə il lazımdır?

Lent.az tarixdə məlum olan ən çox cildlik kitab barədə maraqlı faktları təqdim edir.

1968-ci ildə tarixin ən çox cildlik kitabının nəşrinə başlanılıb. Bu proses 1972-ci ildə başa çatıb. Kitab min cilddən çox çap olunmalı idi.

Bu, Britaniya Parlament Sənədləri kolleksiyasını təşkil edən kitabların sayıdır.

Onları İrlandiya Universiteti Mətbuatı nəşr edib. 

1112 cilddən ibarət tam dəstin qiyməti 50 min funt sterlinqdir.

Kolleksiyaya daxil olan kitabların ümumi çəkisi üç tondan artıqdır.

Orada təqdim olunan bütün parlament sənədlərini tam oxumaq üçün hər gün 10 saat olmaqla 6 il vaxt lazımdır. 

Təqdim olunan bütün sənədlərlə tanış olmaq istəyən ən azı bir nəfərin olub-olmadığı məlum deyil. Bununla belə, bu böyük əsər Ginnesin Rekordlar Kitabında yer alıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar