Tanınmış alim qonaqları gələndə evində nəyi gizlədirdi? -Məşhurlardan gülməcələr
18 oktyabr 2022 10:53 (UTC +04:00)

Tanınmış alim qonaqları gələndə evində nəyi gizlədirdi? -Məşhurlardan gülməcələr

Məşhur alim Eynşteynin dostları evinə qonaq gəlməzdən öncə, o evinəki kitabları yığışdırıb gizlədirmiş. Bu hal bir neçə dəfə təkrar olununca, Eynşteynin xanımı ondan soruşur?
- Əzizim, sən niyə hər dəfə dostların gələndə kitablarını gizlədirsən? Onlar oğru deyillər.
- Onlar oğru deyillər, bilirəm. Məsələ bundadır ki, bu kitabları mən onlardan oğurlamışam.   
    ****
- Eynşteyn hələ məşhurlaşmamışdan öncə onu Avropaya bir elmi konfransa dəvət edirlər. Alim hər zaman geyindiyi nimdaş, sarımtıl paltosunu geyinib yola hazırlanır. Köməkçisi soruşur.
- Bu palto ilə gedəcəksiniz?
- Hə, onsuz da məni orda heç kim tanımır.

İllər sonra nisbilik nəzəriyyəsi və atomla bağlı araşdırmaları ona məşhurluq qazandırır və alim yenidən Avropada beynəlxalq səviyyəli bir konfransa dəvət alır. Yenidən əynində həmin nimdaş sarımtıl paltoyla yola çıxır. Köməkçisi soruşur
- Ser, siz yenə bu köhnə paltoyla gedəcəksiniz?
- Hə, onsuz da məni orda hamı tanıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4449
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar