Tanınmış aktyor gənclərdən  iki nazirliyə şikayət etdi
21 noyabr 2024 13:16 (UTC +04:00)

Tanınmış aktyor gənclərdən iki nazirliyə şikayət etdi

"İndi sosial şəbəkələrdə paylaşılan və adına veriliş, prank deyilən şeylərə görə 20 il əvvəl həkimlər adama obsessiv-kompulsiv pozuntu diaqnozu qoyurdular. İnsanın tanımadığı adamlara qarşı heç bir mənşəyi olmayan təhqir xarakterli sözlər işlətməyinin başqa adı yoxdur. Bəlkə var, biz bilmirik, amma siz bilərsiniz, hörmətli Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi. Çox maraqlıdır ki, bu qədər mədəniyyətsiz gənc harada və niyə yetişir?".

Lent.az xəbər verir ki, bu fikirləri aktyor Kamran Ağabalayev öz sosial şəbəkə hesabında bildirib. Mədəniyyət Nazirliyinə, Gənclər və İdman Nazirliyinə müraciət edən aktyor bu cür paylaşımların qarşısının alınmasını istəyib:

"Avropa standartlarına görə, adamı məhkəməyə verərlər. İnanclı adamlar adama deyər ki, Allah sizə ağıl versin. Mentalitetlə yaşayanlar isə fikirləşər ki, bu, yaxşı şeydirsə nə əcəb videolara öz əzizlərini çəkmir? Mən dediyimi dedim, bəs siz nə deyirsiniz?” deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2028
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar