Sünii intellektin tərcümə etdiyi mətn qədim akkad dilindədir.
Lent.az xəbər verir ki, tərcümə 2 mərhələdə aparılır: Qədim mətnin oxunması və müasir dilə tərcümə. Hələlik tərcümə ingilis dilinə edilir.
***
00.43
Onlayn tərcümə proqramlarında süni intellektdən istifadə hamıya məlumdur. Lakin bu dəfə süni intellekt 5 min yaşı olan Şumer mixi yazısını tərcümə edib.
Lent.az xəbər verir ki, hazırda dünya muzeylərində 1 milyondan çox gil lövhə oxunmasını və tərcümə edilməsini gözləyir. Bunu insan gücü ilə reallaşdırmaq mümkün olmadığından britaniyalı alimlər süni intellektdən istifasdə ediblər. Buna görə, lövhələr rəqəmsallaşdırılaraq kompüterin yaddaşına yerləşdirilib.
Məlum olub ki, süni intellekt qısa cümlələri kifayət qədər səhih tərcümə etsə də, rəsmi sənədləri və uzun cümlələri çevirməkdə çətinlik çəkir.
Süni intellektin etdiyi tərcüməyə misal: “Əgər o paltarlarını təmizləsə, günü uzun olar”. Tərcümə dəqiq hesab edilir.