Son illərin ən təsirli 5 filmi
13 noyabr 2025 10:44 (UTC +04:00)

Son illərin ən təsirli 5 filmi

0

Ailənizlə keçirdiyiniz axşamın mənalı olmasını istəyirsinizsə, son illərdə rekord sayda baxış toplayan bu filmləri mütləq izləmə siyahınıza əlavə edin. 

Lent.az son illərin beş təsirli filmini təqdim edir.

28 il sonra (2025)

Bu film cəmiyyətin öz antiutopik yeni reallığına necə uyğunlaşdığını göstərir. Əsərdə karantin şəraitində yaşayan Spayk (Alfi Uilyams) və onun atası (Aaron Teylor-Conson) təhlükəli bir bölgəyə doğru səyahət edirlər. Bəzi tənqidçilər filmi “qəribə, gözlənilməz, olduqca iyrənc, qaranlıq dərəcədə gülməli və ən az gözlədiyin anda təsirli dərəcədə duyğulu” kimi xarakterizə ediblər.

Rejissor: Danni Boyl

Rollar: Codi Komer, Aaron Teylor-Conson, Reyf Faynz, Alfi Uilyams, Cek O'Konnel

Frankenşteyn (2025)

Qilyermo del Toro klassik “Viktor Frankenşteyn” hekayəsini özünəməxsus tərzdə canlandırır. Parlaq alim Viktor Frankenşteynin ölü ətə həyat vermək cəhdi və bu təcrübənin faciəvi nəticələri filmin əsas mövzusudur. Rejissorun qaranlıq və gotik estetikasında çəkilən film həm vizual, həm də emosional baxımdan təsirli alınmışdır.

Rejissor: Qilyermo del Toro

Rollar: Oskar Ayzek, Ceykob Elordi, Mia Qot, Kristofer Vals

Qodzilla: Mənfi Bir (2023)

Film keçmiş kamikadze pilotu Koiti Şikisima (Ryunosuke Kamiki) haqqında danışır. O, İkinci Dünya Müharibəsi zamanı Qodzillanın bir adanı məhv etməsinin qarşısını ala bilmədiyi üçün travma yaşayır. İndi isə Qodzilla yenidən Yaponiyanı təhdid etdikdə, Şikisima günahını yumağa çalışır. Bu film “Oskar” mükafatını ən yaxşı vizual effektlər nominasiyasında qazanıb.

Rejissor: Takasi Yadzaki

Rollar: Ryunosuke Kamiki, Minami Hamabe, Yuki Yamada, Munetaka Aoki, Hidetaka Yosioka, Sakura Ando, Kuranosuke Sasaki

Mən hələ də burdayam (2024)

Aktrisa Fernanda Torres Braziliyada hərbi diktatura dövründə ərinin – siyasətçi Yuniş Payvanın itkin düşməsi ilə barışa bilməyən qadını canlandırır. O, ailəsinin xoşbəxtliyi naminə ərinin sağ olub-olmadığını və harada olduğunu öyrənməyə çalışır. Film dramatik emosiyalar və tarixi gərginliklə doludur.

Rejissor: Valter Salles

Rollar: Fernanda Torres, Selton Mello, Fernanda Monteneqro

Mandarin (2015)

Ssenari müəllifi və rejissor – Şon Beyker. Film tamamilə iPhone ilə çəkilib və bu, onu həm texniki, həm də estetik baxımdan unikal edir. Əsərin əsas qəhrəmanları iki trans aktyordur: Sin-Di (Kitana Kiki Rodriqes) və Aleksandra (Mia Teylor). Aleksandra dostuna sevgilisinin onu aldatdığını deyir və onlar birlikdə Hollivud küçələrində onu tapmaq üçün macəraya atılırlar.

Rollar: Kitana Kiki Rodriqes, Mia Teylor, Karren Karagulyan, Mikki O'Hagan, Alla Tumanyan, Ceyms Ranson

Əgər daha da maraqlı axşam keçirmək istəyirsinizsə, riyaziyyat dahilərindən bəhs edən filmlər də izləyə bilərsiniz — onların parlaq zəkası sizi inanılmaz şeylərə inandıracaq. Bu filmlər ehtiras, qorxu və qələbə hissi ilə doludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar