Sezen Aksudan iranlı qadınlara DƏSTƏK
29 sentyabr 2022 11:22 (UTC +04:00)

Sezen Aksudan iranlı qadınlara DƏSTƏK

Türkiyəli məşhur müğənni Sezen Aksu İranda Mahsa Aminin ölümüylə başlamış etiraz aksiyalarına öz dəstəyini ifadə edib.

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə hesabında “Uzun zamandır qarışıq duyğular içində olanları izləyirəm. Görəsən qadınların kişilərlə eyni tərəzidə, eyni çəkidə görünməsi üçün daha neçə ton acı vermələri lazımdır? Azadlıq neçə ölüm istəyər, neçə övladımızı qurban verməliyik, neçə işgəncə, neçə cəhənnəm yaşamalıyıq? Azadlıq neçə can istəyər, neçə ölüm tələb edər? Gənc yaşda həyatı əlindən alınan Mahsa Amini və azadlıq mübarizəsi aparan bütün İran və dünya qadınlarının cəsarəti önündə hörmətlə baş əyirəm. Acınız acım, mübarizəniz mübarizəmizdir” deyə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2400
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar