Dünya şöhrətli müğənni Selin Dion 2 ildir əzələ sərtliyi sindromu ilə mübarizə aparır. 55 yaşlı sənətçinin bu xəstəliyinin müalicəsi yoxdur. O artıq səs tellərini və hərəkətlərini idarə edə bilmir.
Lent.az-ın xəbərinə görə, müğənninin tezliklə əlil arabasına möhtac olacağı istisna edilmir.
Selin Dion dünən sosial şəbəkədə paylaşım edərək haqqında sənədli film çəkiləcəyini bildirib.
“Son bir neçə il mənim üçün çətin oldu. Qərara gəldim ki, həyatımın bu hissəsini sənədləşdirmək, bu az tanınan xəstəlik haqqında maarifləndirməyə çalışmaq və eyni diaqnozu olan başqalarına kömək etmək istəyirəm”,- deyə o yazıb.