Polad Bülbüloğlu
14 oktyabr 2021 13:08 (UTC +04:00)

Polad Bülbüloğlu

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat etdi - FOTO


SSRİ-nin xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, B.Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B.Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.

Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının solisti kimi çalışıb.

1992-ci ildə karyerasını başa vuran müğənni "Bolşoy" Teatrın İnkişaf Fonduna rəhbərlik edirdi.

# 3735
avatar

Oxşar yazılar