Oqtay Əliyev dəfn edildi - FOTO  - YENİLƏNİB
23 mart 2023 13:46 (UTC +04:00)

Oqtay Əliyev dəfn edildi - FOTO - YENİLƏNİB

Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Lent.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və media mənsubları iştirak edib.

***
Saat: 11:07

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevlə vida mərasimi keçirilir.

Lent.az-ın məlumatına görə, sənətçi ilə vida mərasimində mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Oqtay Əliyev Abşeronun “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, sənətçi ilə vida mərasiminə Əməkdar artist Aybəniz Haşımova, müğənni-bəstəkar Murad Arif, müğənni Aysel Əlizadə, aktrisa Sonaxanım Əliyeva və başqaları gəlib.

# 6369
avatar

Nigar Namiq

Oxşar yazılar