"Netflix" futbol mafiyasından  bəhs edən film çəkir: 55 milyon dollar...
02 iyul 2026 17:12 (UTC +04:00)

"Netflix" futbol mafiyasından bəhs edən film çəkir: 55 milyon dollar...

0

"Netflix" futbol dünyasının real hadisələrindən bəhs edən "The Big Fix" filminin istehsalına başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ekran əsərində baş rolları Mark Uolberq və Riz Ahmed canlandıracaq.

Filmin rejissoru isə "Everest" və "Adrift" filmləri ilə tanınan Baltasar Kormakurdur. Filmin süjeti jurnalist Brett Forrestin eyniadlı kitabına əsaslanır. Ekran əsərində idman tarixinin ən böyük və ən səs-küylü danışılmış oyun qalmaqallarından biri təsvir edilir.

Hadisələr keçmiş İnterpol əməkdaşının FİFA-da işə götürülməsi ilə başlayır. O, şübhəli futbol oyunlarını araşdırarkən müxtəlif ölkələrdə illərlə oyun nəticələrini manipulyasiya edən beynəlxalq cinayət şəbəkəsinin izinə düşür. Araşdırma zamanı qəhrəman danışılmış oyunların təşkilatçısı hesab edilən və Çin triadaları ilə əlaqələndirilən nüfuzlu şəxslə qarşılaşır. Bundan sonra hadisələr təhlükəli təqibə çevrilir. Aparılan araşdırma korrupsiya şəbəkəsini ifşa etməyə çalışan insanların həyatını təhlükə altına qoyur.

Filmin əsas çəkilişləri aprel ayında Avstraliyanın Sidney şəhərində başlayıb. Yeni Cənubi Uels hökumətinin hesablamalarına görə, layihə bölgə iqtisadiyyatına təxminən 55 milyon dollar gəlir gətirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar