Yəqin ki, “Anasından əmdiyi süd burnundan gəldi” deyimini eşitmisiniz. Bəs bu ifadənin necə yarandığını bilirsiniz?
Lent.az “Belə yaranıb” rubrikasında bu ifadənin dəhşətli yaranma tarixi barədə məlumat verir.
Osmanlı İmperiyasında 1389-cu ildən başlayan 1603-cü ilə qədər 214 il fasiləsiz və sistemli şəkildə taxta çıxan Sultanlar özlərinə rəqib ola biləcək şahzadələrin ölümünə fərman verirdilər. Bu 214 il Osmanlı tarixində rüsvayçılıq illəri kimi yadda qalıb. Bu qətllərdən ən ağırını isə Sultan III Mehmet törətmişdi. 29 yaşında taxta çıxan III Mehmet (1595-1603) taxta çıxdığı günün gecəsi 19 bacı-qardaşının boğulub öldürülməsini əmr edib. Öldürülən şahzadələrin 4 –ü yeniyetmə, qalanları çox balaca idi. Hadisə o qədər vəhşi olub ki, hətta şahzadələri boğmağa gedən cəlladların belə ağladığı deyilir.
Şahzadələrdən biri südəmər yaşda imiş və cəlladlar onu boğmağa gələndə anası onu əmizdirirdi. Cəlladlar körpə şahzadəni boğub öldürəndə uşağın əmdiyi süd burnundan tökülür. Bu hadisə dildən-dilə düşür. Sonralar zalımlıqla cəzalandırılan məsum adamların haqqında “Anadan əmdiyi süd burnundan gəldi” ifadəsi işlədilməyə başlayır. Bu uşaqların anaları və arvadları da eyni vəhşiliklə öldürülüb. Yavaşlaya bilməyən III Mehmet öz oğlu Şahzadə Muratı boğub öldürdür. III Mehmet 1603-cü ildə 37 yaşında piylənmənin yaratdığı problemlərə görə vəfat etdi. Onun yerinə 13 yaşlı oğlu I Ahmet keçdi. Həmin gün keçirilən beyət mərasimindən sonra keçirilən dəfn mərasimində o vaxt cəmi 13 yaşı olan Sultan I Ahmet iştirak etməyib.
“19 qardaşını və bir oğlunu taxt uğrunda öldürən adam mənim atam olsa belə, qatildir. Mən qatilin cənazə namazını qılmayacağam”,- deyib.