Müasir rəqslərin  gizli bəstəçiləri  - Onları kim yaradıb?
20 fevral 2024 16:12 (UTC +04:00)

Müasir rəqslərin gizli bəstəçiləri - Onları kim yaradıb?

Toy-düyünlərin, şənliklərin əvəzolunmaz rəqs havalarını hamımız sevirik. “Yallı”, “Tərəkəmə”, “Vağzalı”, “Qoçaəli” və digər xalq rəqslərinin müəllifləri kimdir bilmirik. Bir çox rəqs havaları müasir dövrdə yaranıb, amma bəzən onların müəlliflərinin də kimliyindən xəbərsiz oluruq.

Lent.az çox populyar olan bir neçə rəqsin müəllifləri haqqında məlumat verir.

Qarmon ifaçısı Aslan İlyasovdan qalan ən gözəl xatirə onun “Həyati” rəqsidir.

Qarmon ifaçısı Aftandil İsrafilov 26 rəqs havasının müəllifidir. Onlardan ən yadda qalanı “Ad günü” filmində çalınan “Nazilə”“Kəmalə” rəqsləridir.

Qarmon ifaçısı Zahid Məmmədovun bəstələdiyi  “Əfsanə” rəqsi də çox sevilir.

"Babamın Babasının Babası” filmində eşitdiyimiz “Rahimi” rəqsinin müəllifi  qarmon ifaçısı Abutalıb Sadıqovdur. 

Şirin barmaqları ilə ürəkləri ofsunlamış qarmon ifaçısı Teyyub Dəmirovun “Nabat” rəqsi də bir zamanlar toylarımızda çox səslənərdi.

Tofiq Bakıxanovun “Yeddi qızın biri Pəri” tamaşası üçün yazdığı “Naxış xanım” rəqsinin ömrü tamaşadan çox uzun oldu və 50 ildir toy-düyünlərdə ifa olunur.

Mərhum gitaraçı Nofəl Süleymanovun da özünəxas bstələri var idi, lakin o bu rəqsləri “İran təranələri” adı altında ifa edirdi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4215
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar