Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev  saxlanıldı - VİDEO
28 avqust 2025 19:04 (UTC +04:00)

Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO

Moskva Akademik Satira Teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanılıb. O, dələduzluqda ittiham olunur və ona 10 ilədək həbs cəzası verilə bilər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaqla müəyyən edilib ki, Ağayev öz teatrı ilə müqavilə bağlamaq üçün fərdi sahibkarı qeydiyyata alıb. Həmin müqavilələrə əsasən,, o, bir neçə ssenari yazmalı və hüquqlarını teatra verməli idi. Daha sonra isə saxta hesabatlar hazırlayaraq hər tamaşanın kassasından 4% gəlir alıb.

Onun barəsində “Dələduzluq” maddəsi ilə cinayət işi açılıb. Məmmədəli Ağayev 1992-ci ildən 2021-ci ilə qədər Satira Teatrına rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar