İtaliyalı aktrisa və model Monika Beluççi məşhur “Vogue” jurnalının üz qabığı üçün açıq-saçıq geyimlərdə kamera önünə keçib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı modelin geyindiyi bütün libaslar məşhur brendlərə aid olub.
O, bir foto ilə həm "Falke", həm "Christian Louboutin", həm YSL, həm də "Çhanel" brendlərini reklam edib.
Monikanın füsunkar gözəlliyini fotorəssam Ellen Unvert əbədiləşdirib.