Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov Nyu-Yorkda keçirilən “Totem Heart and Mind” Festivalında yaddaqalan çıxışı ilə ürəkləri fəth edib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, konserti 10 mindən çox insan izləyib və onlara canlı konsert haqqında şərh yaza bilmək imkanı verilib.
Festivalın aparıcısı Qoçaq Əsgərovu və onun ansamblını dinləyicilərə təqdim edərək deyib: “Qoçaq Əsgərov Azərbaycan klassik muğamının şahzadəsidir. Onun üç oktavaya yaxın diapazonu olan səsi dramatik, ehtiras dolu emosiyalarla bərabər incə, həzin hissləri də ifadə etməyə və eləcə də parlaq virtuozluq göstərməyə qabildir. Qoçaq Əsgərov Azərbaycanın əfsanəvi gözəlliyə malik dağlıq ərazisi olan və öz musiqiçiləri, xüsusən də müğənniləri ilə məşhur Qarabağdandır. Qoçağın ailəsinin bütün üzvlərinə təbiət gözəl səs verib, lakin onların arasında təkcə o, xanəndə karyerasını seçib.
1993-cü ildə Ermənistanın Qarabağı işğalı nəticəsində onun ailəsi yüzlərlə digər Azərbaycan ailələri kimi ölüm təhlükəsi altında doğma yurdu tərk etməyə məcbur olub. Bu gün Qoçaq Əsgərovun səsi Azərbaycanın milli sərvəti sayıla bilər. Biz onu və onun ansamblını bu möhtəşəm konsertə görə salamlayırıq. Qoçaq Əsgərovu birinci dərəcəli musiqiçilər müşayiət edir. Konsertin proqramı beş kompozisiyadan ibarətdir. Bizə və bu qeyri-adi musiqiçilərə qoşulduğunuza görə təşəkkür edirik”.
Sonra iştirakçıları salamlayan xanəndə festivalda 1 saatlıq online konsert proqramı ilə çıxış edib. O, "Şüştər", "Şur" muğam kompozisiyaları, "Sarı gəlin", "Küçələrə su səpmişəm" xalq mahnıları səsləndirib. Xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov, bəm nağarada Y