Meymunlarla bağlı ən yaxşı 5 qorxu filmi
16 yanvar 2026 12:51 (UTC +04:00)

Meymunlarla bağlı ən yaxşı 5 qorxu filmi

0

Rejissor Yohann Robertsin yeni filmi “Primat” (Primate) primatların qorxu filmlərində əsas antaqonist kimi təqdim olunduğu altjanr ətrafında müzakirələri yenidən aktuallaşdırıb.

“47 metr aşağı” filmi ilə tanınan Roberts bu dəfə tamaşaçılara şimpanzelərin insanlara bənzəsə də, vəhşi instinktlərini itirməyən təhlükəli canlılar olduğunu xatırladır. Filmdə əsas mesajlardan biri primatların ev şəraitində saxlanmasının ciddi risklər daşımasıdır. Rejissorun təqdim etdiyi hekayə, insanın vəhşi təbiəti idarə edə biləcəyi düşüncəsinin nə qədər yanlış ola biləcəyini ön plana çıxarır.

Primatlar haqqında qorxu filmləri tarixi bir neçə məşhur ekran işi ilə formalaşıb. 

Lent.az xarici mediaya istinadla bu altjanrın əsasını qoyan filmləri təqdim edir.

“Link” (1986) – Riçard Franklinin psixoloji trilleri insanın üstünlüyü illüziyasını araşdırır. Film gərgin atmosferi və öyrədilmiş primatların təhlükəli davranışları ilə yadda qalır.

“Şakma” (1990) – tibbi eksperimentlər nəticəsində aqressiyaya çevrilmiş babunun qapalı mərkəzdə tələbələri ovlaması barədədir. Film gənclər sleşeri elementlərini idarəolunmaz heyvani güc qorxusu ilə birləşdirir.

“Fenomena” (1985) – Dario Arcentonun məşhur filmində İnqa adlı şimpanze gözlənilmədən xilasedici rolunda çıxış edərək heyvan-qatil filmlərinin klassik stereotiplərini ironik şəkildə alt-üst edir.

Bundan əlavə, “İlkin qəzəb” (1988) və Corc Romeronun “Meymun parıltısı” (1988) kimi filmlər insan və heyvan arasındakı sərhədin silinməsini əsas mövzuya çevirir. Romeronun filmində meymun iflic olmuş sahibinin gizli qəzəbinin simvoluna çevrilir və biologiyanın çərçivəsini aşan telepatik bağ təqdim olunur.

Bu tip filmlərin ortaq xətti insanın özünü təbiətdən üstün görməsini tənqid etməkdir. Primatları elm vasitəsilə “ram etmək” və ya “təkmilləşdirmək” cəhdləri əksər hallarda qanlı nəticələrlə bitir. “Primat” filmi də bu xətti davam etdirərək vurğulayır ki, sivilizasiya ilə qarşıdurmada vəhşi təbiət hər zaman son sözü deməyi bacarır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 50

Oxşar yazılar